Maqazin
11.01.2018 / 10:10

Onlar keçmişlərindən utanırlar... (Fotolar)

Onlar keçmişlərindən utanırlar...

Bu gün dünya miqyasında tanınan , yüksək maddi imkanlara sahib olan məşhurların çox hissəsi keçmiş həyatlarında çox çətinliklər, yoxsulluqlar çəkmiş olanlardır.Onlar hətta bu gün öz keçmişlərindən utanırlar desək səhv etmərik.

Beləliklə, İnform.az Axşam.az-a istinadən keçmişlərindən utanan məşhurları təqdim edir:
Aktrisa Şarliz Teron - Cənubi Afrikada fermer ailəsində doğulub. Kasıb olub. Uşaqlığı istədiyi kimi keçməyib. Atası alkoqol olub və tez-tez anasını döyüb. Şarlizin 15 yaşı olanda anası atasını güllələyib. Ailəsi param-parça olan Teron 16 yaşında gözəllik müsabiqələrindən birində iştirak edib və qalib gəlib. Bundan sonra model agentliklərindən biri ilə müqavil bağlayan aktrisa ABŞ-a köçüb. O, son vaxtlara kimi atasının ölüm xəbərini gizli saxlayırdı, yalandan avtomobil qəzasında öldüyünü deyirdi.
Onlar keçmişlərindən utanırlar...

Aktrisa Demi Mur - ABŞ-da anadan olan Deminin də ailə baxımından bəxti gətirməyib. Atası hələ o doğulmamışdan anasından ayrılıb. Demi anası və atalığı ilə böyüyüb. Onlar tez-tez yaşayış yerlərini dəyişiblər. Murun 16 yaşı olanda atalığı intihar edib. Anasını və yığılmış borcları ödəmək üçün aktrisa məktəbi yarımçıq qoyub və model kimi işləməyə başlayıb. Daha sonra kinoya çəkilməyə can atan Demi bu qədər məşhurlaşacağını ağlına belə gətirməyib.
Onlar keçmişlərindən utanırlar...

Tom Kruz - Hollivudun ən yaraşıqlı aktyorlarından biri sayılan Tom çoxuşaqlı ailədə dünyaya göz açıb. Atası kobud adam olduğu üçün tez-tez iş yerini və yaşadığı ərazini dəyişib. Ona görə 14 ilə Kruz 15 məktəb dəyişib. 19 yaşında filmlərdə epizodik rollarda çəkilib. Amma artıq 2 ildən sonra "Riskli biznes" adlı filmdə baş rolu ifa edib. Bununla da şöhrət qazanan Tom yaxşı qonorar almağa başlayıb.
Onlar keçmişlərindən utanırlar...

Madonna - Miçikanda dünyaya göz açan ifaçı ailədə 6 uşaqdan 3-cüsü olub. Hələ uşaq ikən anası rəhmətə gedib və atası ikinci dəfə evlənib. Ögey ana Madonna və bacı, qardaşlarına əzab verib, yalnız doğma uşaqlarına baxıb. Yeniyetmə olan sənətçi cibində cəmi 35 dollarla evi tərk edib və Nyu-Yorka gedib. Bir müddət ofisiant işləyən Madonna arada səhnəyə də çıxıb. Bununla da yavaş-yavaş məşhurlaşan ifaçı indi dünyanın ən çox dinlənilən və qazanan müğənnilərindəndir.
Onlar keçmişlərindən utanırlar...

Rihanna - Barbadosda anadan olan ifaçı orada keçən uşaqlıq illərini yada salmağı sevmir. Rihannanın atası narkotik aludəçisi olub, ona görə tez-tez ifaçı bazarda atasını əvəz etməli olurdu. 14 yaşında valideynləri ayrılan Rihanna yoxsulluqdan qurtulmağın yollarını axtarıb. O, vətəninə gələn prodüser Evan Rodjerslə tanış olub, ona mahnılarından ibarət disk verib. daha sonra Evan ona ABŞ-da dəvət edib və orada Rihanna yeni mahnılar ifa edib, albom buraxıb və şöhrət qazanıb.
Onlar keçmişlərindən utanırlar...

Kianu Rivz - Hollivudun ən kədərli siması hesab olunur. O, nadir hallarda gülür və təklikdə yaşamağı sevir. Livanda doğulan Kianunun ailəsi kasıb olub. 4 yaşında atası anasını tərk edib, başqasının yanına gedib. Anası isə 4 dəfə ərə gedib və bundan uşaqlar çox böyük stress keçiriblər. Gənc yaşlarından kinoya epizodik rollara dəvət alan Rivz daha sonra ən məşhur aktyorlardan birinə çevrilib.
Onlar keçmişlərindən utanırlar...

Cennifer Lopez - əvvəllər uşaqlıq illərindən danışmağa utanan ifaçı bir dəfə müsahibəsində bu barədə məlumat verib. Nyu-Yorkda çoxuşaqlı, az təminatlı və balaca mənzində doğulan sənətçi çətinlikləri gördüyü üçün uşaqlıqdan özünə söz verib ki, məşhurlaşacaq və çoxlu pul qazanacaq. 18 yaşında evi tərk edən Cey Lo əvvəlcə ofisiant işləyib, rəqs studiyasında yatıb. Daha sonra model kimi fəaliyyət göstərən Cennifer filmlərə də dəvət alıb.
Onlar keçmişlərindən utanırlar...


İnform.az

Baxış sayı: 569