Siyasət
11.01.2018 / 09:30

"Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olmasına baxmayaraq..."- Musa Qasımlı

"Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olmasına baxmayaraq..."-"Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tədqiqi ilə bağlı görülən işlər böyük əhəmiyyət daşısa da, tədqiq edilməsini gözləyən elmi-nəzəri problemlər hələ də qalmaqdadır.
Bu baxımdan Prezident İlham Əliyevin milli dövlətçilik tariximizə xüsusi qayğı və dərin hörmət əlaməti olaraq Cümhuriyyətin yubileyi haqqında imzaladığı sərəncamın, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsinin böyük tarixi əhəmiyyəti var."


İnform.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.

Onun sözlərinə görə, tarixi-siyasi, ictimai, mənəvi əhəmiyyət daşıyan və bütövlükdə Cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açan bu sərəncam və "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində həyata keçiriləcək çoxsaylı tədbirlər xalqımızda, xüsusən gənclərimizdə müstəqil dövlətçilik və vətən sevgisi hisslərinin artmasında mühüm rol oynayacaq.

1918-ci il mayın 28-də bütün müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu xatırladan M.Qasımlı qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olmasına baxmayaraq, nəhəng tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul edib:

"Cümhuriyyət tarixinin öyrənilməsi istiqamətində ilk addımlar ötən əsrin 80-ci illərinin sonlarında atılmağa başlanıb. Lakin Cümhuriyyət tarixinin sistemli şəkildə araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamlar mühüm rol oynayıb. Həmin sənədlərdə nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi nəticəsində Cümhuriyyət dövrünə həsr olunmuş ciddi, əhatəli və dərin elmi-tədqiqat işləri aparıldı, qiymətli əsərlər yazıldı, xarici siyasət sənədləri, Cümhuriyyət parlamentinin stenoqramları və digərləri nəşr edildi".

İnform.az

Baxış sayı: 59