Elm-təhsil
10.01.2018 / 23:08

Cümhuriyyətin 100 illiyi ilə bağlı məruzə qəbulu başladı

Cümhuriyyətin 100 illiyi ilə bağlı məruzə qəbulu başladı
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək.
İnform.az bildirir ki, bu barədə Modern.az-a Tarix İnstitutundan məlumat verilib.
Məlumata görə, konfrans aprelin 11-dən 15-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti “Atatürk” Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq. Konfransda “XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları”, “1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları” və “XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar” bölmələrində məruzələr dinləniləcək.

Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaq. Məqalələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və fevralın 15-dək Təşkilat Komitəsinə göndərilməlidir. Məqalələrin həcmi 8-10 səhifədən artıq olmamalı və elektron variant ymahmudov@mail.ru və soyqirim.konf@gmail.com e-mail ünvanlarına göndərilməlidir.

Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5, sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

İnform.az

Baxış sayı: 64