Sosial
10.01.2018 / 23:01

Prezidentin 8 min adamı çox sevindirən sərəncamı

Prezidentin 8 min adamı çox sevindirən sərəncamıXaçmaz rayonunun ən narahat, bərbad yollarından olan Çarxı-Qalağan yolunun bərpa və təmirinə başlanılıb.

Inform.az İstiPress-in şimal bürosunun məlumatına istinadən bildirir ki, ölkə başçısı İlham Əliyevin tikintisinə 10,1 milyon manat vəsait ayırdığı, bununla bağlı müvafiq sərəncam imzaladığı bu kənd yolu uzun illərdir bərbad vəziyyətdədir. 8 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin sakinləri yolsuzluqdan çox əziyyət çəkiblər, isti yay günlərində tozdan, qış aylarında isə zığ-palçıqdan bu yollarda yalnız yük maşınları qismən hərəkət edə bilib, yüngül nəqliyyat vasitələri isə yarı yoldaca iri çuxurlara düşərək nasaz vəziyyətdə qalıblar.

Uzunluğu 29 km olacaq bu yolun ən axırıncı kəndi - Xəzər dənizi sahilində yerləşən İlxıçı -Məmmədxanlı kəndindən artıq Azərbaycan Dövlət Yolları Agentliyi yenidənqurma işlərinə start verilib. Bu barədə İstiPress-in şimal bürosuna Xaçmaz icra başçısının Qalağan İƏD üzrə nümayəndəsi Vahidə Turabova məlumat verib. Onun sözlərinə görə, yolun yenilənməsi bütün sakinlərin ürəyincə olub.

Azərbaycan Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə saytımıza açıqlama verib ki, 4-cü texniki dərəcəli yol olacaq Çarxı -Məmmədxanlı yolunun 2 hərəkət zolaqlı olması nəzərdə tutulub. Yeni müasir avtomobil yoni lunun eni 10 metr olacaq. Burada qum-çınqıl və optimal-qırma qarışığından ibarət yeyolun əsasının inşası aparılacaq. Yolun 170 kvadratmetr hissəsində 2 qat asfalt-beton işləri də görüləcək.

Beləliklə, Xaçmazın illər boyu yolsuzluqdan əziyyət çəkən Çarxı, Qalağan, Xanlıqoba, Ərəb, Hacılar, Sayad və İlxıçı-Məmmədxanlı kəndlərinin sakinləri də mənzil başına müasir, abad yolla gedə biləcəklər. Azərbaycan Dövlət Yolları Agentliyinin tikinti briqadası yeli əhalinin bu arzusunu reallaşdırmaq üçün işləri sürətlə aparırlar. “Abad el yolundan bilinər”deyiblər. Dəniz qırağında yerləşən bu yaşayış məntəqələrini tezliklə abad görə biləcəyik.

Prezidentin 8 min adamı çox sevindirən sərəncamı


İnform.az

Baxış sayı: 42