Dünya, Siyasət
10.01.2018 / 22:14

İrandan nüvə silahı ilə bağlı İTTİHAMLAR

İrandan nüvə silahı ilə bağlı “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik dəfələrlə İranın razılaşmanı yerinə yetirməsinə sadiq olduğunu bəyan edib. Rəsmi Tehran bir neçə ölkənin nüvə razılaşması ilə bağlı destruktiv siyasət yürütdüyünə görə təəssüf edir”.

İnform.az bildirir ki, modern.az “RİA Novosti”yə istinadən bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı qeyd edib.

Nazir Tehranın həmin ölkələrin razılaşmanı yerinə yetirmədiklərinə görə təəssüfləndiyini qeyd edib.

Nazir bildirib ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə razılaşmanın gələcəkdə icrasına əmin olmaq üçün razılaşma tərəfləri sıx işləməlidir.

İnform.az

Baxış sayı: 18