Siyasət
10.01.2018 / 12:50

Gürcüstanın Azərbaycandakı ilk səfiri vəfat edib

Gürcüstanın Azərbaycandakı ilk səfiri vəfat edibGürcüstanın Azərbaycanda ilk səfiri olmuş Giorgi Çanturiya uzun sürən xəstəlikdən sonra vəfat edib.

İnform.az APA-nın Gürcüstan bürosunun məlumatına istinadən xəbər verir ki, bu barədə G. Çanturiyanın qohumları bildirib.

G. Çanturiya 1957-ci ildə anadan olub. O, müxtəlif dövlət vəzifələrində çalışıb. 1992-1993-cü illərdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə və İsraildə diplomatik missiyalarda fəaliyyət göstərib.

1993-cü ildə Gürcüstan prezidentinin beynəxalq məsələlər üzrə müşaviri, 1994-1996-cı illərdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, 1996-cı ildən etibarən prezidentin xüsusi elçisi və Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti olub.

Son illərdə G. Çanturiyanın Azərbaycanda çalışdığı bildirilir.

İnform.az

Baxış sayı: 16