Baş xəbər, Dünya
10.01.2018 / 15:06

Sarksiyanın Ermənistandan gizli qaçışı

Sarksiyanın Ermənistandan gizli qaçışıErmənistan prezidentinin xəstələnməsi xəbərinin arxa planı...

Ermənistan prezidenti Serо Sarkisyan gizli şəkildə yanvarın 1-2-də Avropa ölkələrindən birinə səfər edib, yanvarın 3-də isə onu Moskvada görüblər.

İnform.az İstiPress-in məlumatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın populyar analitka saytı “Lragir” Serj Sarkisyanın İsanın mövludu ildə bağlı keçirilən mərasimlərdə olmamasını şərh edərkən bildirib.

Prezident Aparatı yalnız yanvarın 9-da Serj Sarkisyanın ölkədə olmasını bildirib və öz iqamətgahında maliyyə naziri ilə görüşməsi barədə xəbər yayıb. Lakin portal bu xəbərə də bir qədər şübhə ilə yanaşır və Serj Sarkisyanın Avropaya və Rusiyaya gizli səfərinin səbəbləri üzərində baş sındırır.

“Lragir” bu səfərin Ermənistanda apreldə baş verəcək hakimiyyət dəyişiklikiyi ilə bağlı olduğunu düşünür. Məqalə müəllifinin fikrincə, Ermənistanda heç kim - nə Sarksiyan, nə də vəziyyətə nəzarət edən oliqarxiya dairələri apreldən sonra vəziyyətin necə olacağı barədə məlumata malik deyil. “Məhz geosiyasi mərkəzlər Ermənistanda gələcək hakimiyyətin formalaşmasına xeyir-dua verməlidir”,- deyə portal Sarkisyanın Avropaya və Moskvaya qaçışının səbəblərini axtarmağa çalışır.

Ola bilər ki, Sarkisyan mümkün qiyamdan və ya hərbi çevrilişdən yayınmaq üçün geosiyasi mərkəzlərə üz tutub. Hər halda, apreldən sonra Ermənistanı idarə edəcək parlamentdə hər şey baş verə bilər. Məxsələn 27 oktyabr 1999-cu ildə prezident Robert Koçaryana yaxın bir qrup silahlı adam parlamentə girərək baş nazir Viqen Sarkisyanı və spiker Karen Demirçyanı qətlə yetirmişdi.

İndi isə, məsələn, müdafiə naziri Viqen Sarkisyan və ya başqası hakim Respublika Partiyası daxilində qiyam edərək özünü baş nazir təyin etdirə bilər. Yaxud hakimiyyəti əldən vermək istəməyən müharibə generalları Moskvanın xeyir-duası ilə hərbi çevriliş edə bilərlər, 1998-ci ildə Serj Sarkisyan və dostu Robert Koçaryan bunu etmişdilər. Yəni Serjin bu sahədə olan təcrübəsi onu tələsik tədbir görməyə məcbur edib.

İnform.az

Baxış sayı: 285