Hüquq
10.01.2018 / 12:05

Şirkətin pulunu mənimsədi və MƏHKƏMƏ ZALINDA HƏBS EDİLDİ

Şirkətin pulunu mənimsədi vəBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elşən Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

İnform.az “Report”un xəbərinə istinadən bildirir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, E.Məmmədov Bakıda şirkətlərin birində satış meneceri vəzifəsində çalışıb. O, çalışdığı müddətdə şirkətin 20 min manat pulunu mənimsəməkdə təqsirli bilinib. E.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə ittiham olunub.

İnform.az

Baxış sayı: 275