Hadisə
10.01.2018 / 11:25

Şübhə doğurduğu üçün saxlanıldı və...

Şübhə doğurduğu üçün saxlanıldı və...Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

İnform.az DGK-nin saytına istinadən xəbər verir ki, məlumatda zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib və nəticədə, onun düz bağırsağında narkotik vasitələr - bir ədəd bükümdə xalis çəkisi 9,134 qram olan heroin, digər bükümdə isə xalis çəkisi 4,434 qram olan tiryək aşkar edildiyi bildirilir..

Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 32