Maqazin
10.01.2018 / 11:04

Gülüstan Əliyeva yazdı- "Sənə deyiləsi o qədər sözüm var ki..."

Gülüstan Əliyeva yazdı-

Əməkdar artist Gülüstan Əliyeva şəhid ərinin fotosunu paylaşıb.

İnform.az Axşam.az-ın məlumatına istinadən bildirir ki, müğənni bu gün onun ad günü olduğunu vurğulayıb:

“58 yaşın tamam olur. Vətənimin qeyrətli torpaq oğlu... Səni sevməyən yox idi. Təkcə Cəbrayılda yox, səni tanıyan hər bir insan sevirdi. Sənin sevdiyin isə mən idim. Bir də canından çox sevdiyin vətən torpağı. Sənə deyiləsi o qədər sözüm var ki... Qalsın görüşəndə deyəcəm”.

Qeyd edək ki, G.Əliyevanın həyat yoldaşı Zahid Əhmədov 1991-ci ildəd Qarabağ müharibəsində şəhid olub.

Gülüstan Əliyeva yazdı-


İnform.az

Baxış sayı: 1153