Dünya
10.01.2018 / 10:10

Dünya tarixində ən varlı adam- CEFF BEZOS

Dünya tarixində ən varlı adam-Dünyanın ən varlı adamı "Amazon"un təsisçisi oldu.

İnform.az modern.az-a istinadən xəbər verir ki, "Amazon" şirkətinin təsisçisi Ceff Bezos dünya tarixində ən varlı adam olub.

Bu ilin 8 yanvarında C. Bezosun varidatı 105,1 mlrd. dollar məbləğində dəyərləndirilib. Beləliklə, bu göstəriciyə görə C. Bezos "Microsoft" şirkətinin təsisiçisi Bill Geytsi geridə qoyub.

Bu zəngin adamın varidatın böyük hissəsini "Amazon"-un səhmləri təşkil edir. Satış dövründə onun varidatı 100 milyard dollara çatıb.

Qeyd edək ki, dünyanın bütün ən zəngin insanları 2017-ci ildə ümumilikdə 1 trilyon dollar məbləğində varlanıb.

İnform.az

Baxış sayı: 40