Baş xəbər, Dünya
16.06.2017 / 12:10

Əl-Bağdadi öldürülüb- Rusiya araşdırır

Əl-Bağdadi öldürülüb- Rusiya Müdafiə Nazirliyi İŞİD terror təşkilatının lideri İbrahim Əbu Bəkr Əl-Bağdadinin ölümü mümkünlüyünü araşdırır.

İnform.az Cebhe.info xarici mətbuata istinadən bildirir ki, İŞİD liderinin 28 mayda Raqqa yaxınlığında öldürüldüyü barədə xəbərlər var. "Müxtəlif kanallardan daxil olan məlumata görə, zərbənin endirildiyi iclasda Əl-Bağdadi özü də iştirak edib və nəticədə məhv olub",- deyə qurumun açıqlamasında bildirilir.

Həmçinin vurğulanır ki, Su-35 və Su- 34 təyyarələrinin aviazərbəsi nəticəsində 30-a yaxın səhra komandiri, 300-dək şəxsi mühafizəçisi və silahlı öldürülüb.
Rusiya hərbçiləri sözügedən iclas barədə məlumatı mayın sonunda alıb. İnformasiyanın yoxlanılması zamanı məlum olub ki, iştirakçılar şəhərdən çıxış yollarını müzakirə etmək niyyətində olub. Bunun üçün ilk növbədə cənub dəhlizi diqqətdə saxlanılıb.

Zərbə isə 28 may gecə saatlarında endirilib. Amerika tərəfi daha əvvəldən Rusiyanın aviazərbələrindən xəbərdar olub. Zərbə endirməzdən əvvəl görüş yeri pilotsuz təyyarələr tərəfindən aparılan çəkilişlə dəqiqləşdirilib.

Nazirliyin məlumatına görə, zərərsizlədirilən terrorçular arasında Raqqa əmiri Əbu Əl-Hacı Əl-Misri, İbrahim An-Naef Əl-Hac və "təhlükəsizlik xidməti rəhbəri" Süleyman əl-Şayax da var.

İnform.az

Baxış sayı: 99