Dünya
15.06.2017 / 23:56

İstanbulda ABŞ konsulluğu qarşısında özünü partladacağını qışqıran şəxs saxlanılıb

İstanbulda ABŞ konsulluğu qarşısında özünü partladacağını qışqıran şəxs saxlanılıbABŞ-ın İstanbuldakı konsulluğu qarşısında üzərində olan partlayıcı qurğunu işə salacağını qışqıran kişi saxlanılıb.

İnform.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu haqda yerli polis xəbər verib.

Məlumata görə, türkiyə polisi artıq şəxsi saxlayıb. Onun yaxın şərq ölkələrindən birinin vətəndaşı olduğu bildirilir.

Hazırda ABŞ konsulluğu ətrafındakı vəziyyət nəzarətə götürülüb. Saxlanılanın üzərində bombanın olub-olmadığı barədə məlumat hələ təsdiqlənməyib.

İnfrom.az

Baxış sayı: 52