Maqazin
15.06.2017 / 23:45

Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoruna ərə gedir- Fotolar

Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoruna ərə gedir-
Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Yasəmən Malikin qızı Cahan Azər məşhur türk rejissoru Savaş Çıkrak ilə ailə qurur.

İnform.az Axşam.az-a istinadən bildirir ki, toy məclisi şəhər restoranlarından birinin həyətində baş tutacaq. Məclisə bir çox sənətkarlar dəvət olunub.

Qeyd edək ki, aktrisamızın qızı Cahan Azər bir müddət Azərbaycanda rejissor və dublyaj sahəsində çalışıb, Türkiyədə magistr təhsili alıb. O həm də Türkiyənin ən məşhur serialları olan "Şefkat tepe"də, "Qalib Dərviş"də çəkilib. Savaş Çıkrak isə Türkiyənin bir neçə məşhur televiziyasında, o cümlədən Habertürk kanalında rejissor vəzifəsində çalışır.

Onunla bağlı Türkiyə mətbuatında "Bülent Ersoyun heç sevmədiyi, Hülya Avşarın isə lap çox sevdiyi rejissor" adlı yazılar dərc olunub. Cahan xanım və Savaş bəy hazırda qonşu ölkədə "Doyuran kareler" adlı sosial layihənin rəhbəri və yaradıcılarıdır. Onlar küçə heyvanlarına alınan qida qarşılığında insanları pulsuz fotosessiya edirlər.

Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoruna ərə gedir-


Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoruna ərə gedir-


Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoruna ərə gedir-


Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoruna ərə gedir-


İnform.az

Baxış sayı: 1991