Dünya
15.06.2017 / 15:32

Siyasətçi şəhəri belə təsvir etdi: “Küçələr cəsədlə doludur”

Siyasətçi şəhəri belə təsvir etdi:Terror təşkilatı İŞİD-in qolu olduğu bildirilən “Maute” təşkilatına qarşı mübarizə aparan Filippində vəziyyət çox gərginləşib.

İnform.az cebhe.info-ya istinadən bildirir ki, Maravi şəhərində baş verən toqquşmalarda çox sayda ölü var. Hərbçilərlə terror təşkilatı arasında silahlı qarşıdurmada ölü sayı getdikcə yüksəlir.

Zia Alonto Adiong adlı siyasətçi xilasedicilərin 1000-ə yaxın insan cəsədi gördüyünü bildirib. 3 həftədir davam edən toqquşmalarda 206-ı İŞİD-çi, 58-i əsgər, 26-ı mülki vətəndaş olmaqla ümumilikdə 290 nəfərin öldüyü rəsmən açıqlanıb. Ancaq siyasətçinin sözləri rəsmi məlumatı təkzib edib.

Terrorçularla toqquşmalarda 70 polis girov götürülüb. Onlardan ancaq 5 nəfəri azad edilib. Qalan 65 nəfər barədə heç bir məlumat yoxdur.

İnform.az

Baxış sayı: 68