Baş xəbər, Sosial
15.06.2017 / 12:18

Bakıda dondurmanın içindən toyuq budu çıxdı - Video

Bakıda dondurmanın içindən toyuq budu çıxdı -Paytaxt sakini Rasim Mikayılovun həyat yoldaşı mağazadan alınmış dondurmanın yarısını yedikdən sonra qəribə bir dad hiss edib.

İnform.az-ın xəbərinə görə bu barədə axşam.az xezerxeber.az-a istinadən məlumat yayıb.
Belə ki, dondurmanın içindəki bərk cismi ilk baxışdan daşlaşmış şəkər zənn etsə də, diqqətlə baxdıqda toyuğun bud sümüyü olduğunu görüb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinindən bildiriblər ki, vətəndaş qarşılaşdığı halla bağlı müraciət edərək hüquqlarını tələb edə bilər. Araşdırma nəticəsində həmin fakt təsdiqini taparsa, istehsalçı qanunlara uyğun olaraq cəzalandırılacaq.



İnform.az

Baxış sayı: 1194