Baş xəbər, Sosial
15.06.2017 / 12:03

Bu gün İnform.az saytının iki yaşı tamam olur

Bu gün İnform.az saytının iki yaşı tamam olurBu gün İnform.az saytının iki yaşı tamam olur.

İki il öncə Azərbaycan mətbuatı ailəsində dünyaya göz acdı.

İnform.az media orqanı olaraq verilən xəbərin məsuliyyəti və cəmiyyətə göstərdiyi təsir imkanlarını nəzərə alaraq, bütün fəaliyyətini xeyirxah əməllər, müqəddəs amallar, dövlətimizin və dövlətçiliyimizin əbədi sabitliyi yolunda mübarizə, maariflndirmə və ən əsası doğru xəbəri çatdırma üzərində qurub.

İnform.az Azərbaycanda yaradılmış geniş media məkanında sıradan bir sayt olaraq fəaliyyətə başlasa da, qısa zaman kəsiyində özünə intelektual oxucu auditoriyası toplaya bilib.

Qərəzsiz, yalan və böhtandan uzaq xəbərin, intelektin inkişafına xidmət edən elmi, ədəbi, bədii materialların ünvanı olan İnform.az Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi ənənələrinə sadiqdir.

İnform.az Həsən bəyin layiqli varisidir. Sözün dəyərini qoruyur.

Həmişə də belə qalacaq-QƏRƏZDƏN, YALANDAN, BÖHTANDAN, RİYADAN, ŞANTAJDAN, uzaq.

Başın uca, sözün kəskin, baxışın iti olsun İnform.az

İnform.az

Baxış sayı: 49