Maqazin
15.06.2017 / 11:21

"Göz yaşlarına inanmayan Moskva"nın Qoşası vəfat etdi

"Göz yaşlarına inanmayan Moskva"nın Qoşası vəfat etdiSevilən məşhur aktyor Aleksey Batalov bu gün səhər 89 yaşında dünyasını dəyişib.

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bu barədə "Komsomolskaya pravda" qəzeti aktyorun dostuna istinadən xəbər verib.

Qəzetin verdiyi məlumata görə, aktyor "Gecə yatıb və yuxuda keçinib".

Qeyd edək ki, daha öncə aktyor ayağını sındırdığı üçün 2 ay xəstəxanada müalicə alırmış.

Əfsanəvi aktyor 1928-ci ildə anadan olub. Tamaşaçılar onu daha çox "Moskva göz yaşlarına inanmır" filmindəki Qoşa obrazı ilə xatırlayır.

İnform.az

Baxış sayı: 72