Baş xəbər, Siyasət
15.06.2017 / 09:00

Azərbaycan xalqı Milli Qurtuluş gününü qeyd edir

Azərbaycan xalqı Milli Qurtuluş gününü qeyd edirBu gün Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur.

İnform.az-ın məlumatına görə, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.

Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edərək, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərdi. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatdı.
Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürdülər, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edirdilər.

Vətəndaş müharibəsi üçün ziddi zəmin yarandığı bir vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. O zaman Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edir, iyunun 9-da Bakıya gəlir.

Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alır.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başlayır. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş günü kimi daxil olur.

Beləliklə, xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.


İnform.az

Baxış sayı: 49