Baş xəbər, Hüquq
05.06.2017 / 16:04

Ali Məhkəmə amansızlıqla qadını öldürən qardaşın və qardaşıoğlunun şikayətini təmin etməyib- (EKSKLÜZİV FOTO)

Ali Məhkəmə amansızlıqla qadını öldürən qardaşın və qardaşıoğlunun şikayətini təmin etməyib-
Ali Məhkəmədə Sumqayıt şəhər sakinləri Şahbaz Xəlfəyev (1961-ci il təv.) və onun oğlu İslam Xəlfəyevin (1991-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə kassasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

İnform.az xəbər verir ki, ötən il yanvarın 18-də Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsində, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyiti tapılıb. Hadisə yerinə polis və prokurorlug əməkdaşları cəlb olunmaqla, ekspertin iştirakı ilə müayinə aparılıb. Araşıdrma zamanı meyitin 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib. İstinyaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Şahbaz və İslam Xəlfəyevlər tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar, şübhəli şəxs qismində tutularaq məsuliyyətə cəlb olunublar.

İstintaqla müəyyən edilib ki, yanvarın 17-i saat 23 radələrində məişət zəminində aralarında yaranmış mübahisə zamanı Rəfiqə Ağayevaya qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevlər küt alətlə çoxsaylı xəsarətlər yetirilərək, onu qəsdən öldürüblər.
Məlum olub ki, mərhum qadın Şahbaz tərəfindən uzun müddət təzyiqlərə və hədə-qorxulara məruz qalıb. O, Rəfiqəni evin qeydiyyatından çıxarmaq istəyib, sonuncu isə deyib ki, ora ata evidir və heç yerə getmək fikiri yoxdur. Cinayət elə bu səbəbdən baş verib.

Məhkəmə prosesində Xəlfəyevlər verilən ittihamlarla özlərini təqsirli bilməyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İslam Xəlfəyev 18, Şahbaz Xəlfəyev 17 il müddətinə azadlıqdan məhrum olunublar.

Sumqayıt Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq onların şikayətlərini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

Hökmdən ata və oğul Xəlfəyevlər Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Ali Məhkəmənin qərarı ilə Şahbaz və İslam Xəlfəyevlərin şikayətləri təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Ali Məhkəmə amansızlıqla qadını öldürən qardaşın və qardaşıoğlunun şikayətini təmin etməyib-


Ali Məhkəmə amansızlıqla qadını öldürən qardaşın və qardaşıoğlunun şikayətini təmin etməyib-


Ali Məhkəmə amansızlıqla qadını öldürən qardaşın və qardaşıoğlunun şikayətini təmin etməyib-


İnform.az

Baxış sayı: 65