Araşdırma
05.06.2017 / 11:50

Oxşadı oxşamışına- Araşdırma

Oxşadı oxşamışına-
Günel Fərhadqızı Emin


Bu günkü mövzumuz övlad tərbiyəsi, gənclərə və gələcəyə sırınan ailə modelidir.

II hissə: Sağlam olmayan seçim

Əvvəli burada: http://inform.az/index.php?newsid=26335

Uşağın seçimi: Burada valideyn düşünür ki, uşağının xoşbəxtliyini istəyir, hər işinə qarışır. Seçdiyi və sevdiyi peşəni, işi ona qadağan edir. Bu zaman valideynlərin seçimi ilə peşəyə sahib olursa, onun yerinə seçilən sahə üzrə uğursuz və qeyri-peşəkar kadr olur və işini sevməyərək görür.
Bu isə müsbət nəticə vermir, əməliyyat, maliyyə risklərinə səbəb olur, övlad öz yerini tapa bilmir, gördüyü işdən həzz ala bilmir.

Bizim valideynlərimiz iş və peşəni də övladının savad, bilik dərəcəsinə görə deyil, cinsinə görə müəyyən edirlər. Bu peşənin sahibi, bu təhsili alsa, qadına yaraşmaz, qadın işi deyil, kişiyə yaraşmaz, kişi işi deyil.

Bizim valideynlərimiz seçimləri zamanı öz aralarında mübahisə edə və övladını unudub ortalıqda vurnuxdura bilərlər.
Əgər hər iki valideyn eyni peşə sahibi deyilsə, bir valideynin digər valideynin peşəsindən xoşu gəlmirsə, bu zaman mübahisə böyüyəcək, övladı hərəsi öz tərəfinə çəkəcək, beynini doldurub yuyacaq, övladının öz istək və seçimini nəzərə almayacaq.

Bizim valideynlərimiz övladına ixtisas seçərkən, ona bankomat və ya pul çap edən avadanlıq kimi baxırlar. Daha çox gəlirli, pul gətirən, şöhrət gətirən bir peşəni seçir. Pul, uğur, şöhrət, zirvə öndə tutulur və övladına əsl insan olmağı təbliğ və təlqin etmək yaddan çıxır. Çünki valideynlərinin çoxu düşünür ki, əsl insan kasıbdır, acından ölür.

İnform.az

Baxış sayı: 1058