Baş xəbər, Dünya
05.06.2017 / 11:29

Türkmənistan prezidentindən göstəriş: "Bütün dünyada..."

Türkmənistan prezidentindən göstəriş:

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumət iclasında ölkənin dünyada məşhurlaşdırılması haqda tapşırıq verib.

İnform.az teleqraf.com-a istinadən bildirir ki, iclasda dövlət başçısı "türkmənlərin şanlı tarixini dərindən öyrənmək işini daim nəzarətdə saxlamağı və onu bütün dünyada populyarlaşdırmağı" tövsiyə edib.

Türkmən mediası ilk belə təşəbbüsün 2012-ci ildə ortaya atıldığını bildirir. Həmin vaxt elm və texnika üzrə tanınmış alim Odek Odekov bir çox xalqların qədim türkmənlərdən törədiyi fikrini irəli sürüb. Bu mövzuda alimin yazdığı kitabların adları belədir: "Biz asiyalıyıq, ari xalqıq, türkmənik" və "Yer üzündən türkmən izi".

İnform.az

Baxış sayı: 89