Baş xəbər, Dünya, Hadisə
05.06.2017 / 11:05

London terrorunun sifarişçiləri bəlli oldu

London terrorunun sifarişçiləri bəlli oldu

Ölənlərin sayı 7 nəfərə çatıb.

İŞİD Londonda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

İnform.az İstiPress-ə istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. İyunun 4-ə keçən gecə “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər.

Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.

İnform.az

Baxış sayı: 80