Şərhlər
03.06.2017 / 17:38

"Mən Stefana deyil, onun dərs dediyi şagirdlərə qibtə edirəm..."

"Mən Stefana deyil, onun dərs dediyi şagirdlərə qibtə edirəm..."

İbrahim Nəbioğlunun facebook səhifəsindən:

Orta məktəb müəllimi Stefan Kasper. Bir gün Amsterdamdakı Rijksmuseum muzeyinə gəlir.

Ona deyirlər ki, sən muzeyi ziyarət edən 10 milyonuncu qonaqsan və buna görə də sən hədiyyə qazanırsan.

Hədiyyə isə bir gecə muzeydə təkbaşına vaxt keçirməkdir. Stefanın Rembrandtın böyük pərəstişkarı olduğunu öyrənirlər. Və Rembrandtın ölməz ''Gecə növbəsi'' tablosu qarşısında ona yataq qoyub yer salırlar. Şam yeməyini isə lüks bir restorandan sifariş edirlər...

''Gecə növbəsi'' tablosunun 2 metrləyində yatmaq nağıl kimi idi`` - sadə bir müəllim təəssüratlarını tək bir cümlə ilə dilə gətirir.

Mən Stefana deyil, onun dərs dediyi şagirdlərə qibtə edirəm. Və Qərbdəki dəyərlərə, xüsusilə də insana verilən qiymətə....

İnform.az

Baxış sayı: 516