Sağlamlıq
27.05.2017 / 21:34

Məşhur dietoloqdan oruc tutanlara RAMAZAN MƏSLƏHƏTİ

Məşhur dietoloqdan oruc tutanlara
Ramazan ayında sağlam və doğru qidalanmaq lazımdır. Bu, ilk növbədə piylənməmək üçün vacibdir.

İnform.az ailem.az-a istinadən Türkiyənin məşhur qidalanma eksperti Ender Saraçın sağlam qidalanmaqla bağlı məsləhətlərini təqdim edir.

Həkimin sözlərinə görə, bel və göbək ətrafı kişilərdə 94, qadınlarda isə 88 santimetrdən çox olarsa, deməli, qapınız xəstəliklərə açıqdır. Bu ölçüləri aşan insanlarda xərçəng, beyin qanaması, iflic, ürək xəstəlikləri, böyrək çatışmazlığı, şəkər və başqa xəstəliklər asanlıqla meydana gələ bilər. Bu insanlar, eyni zamanda, piylənməyə də meylli olurlar. Sadalanan bütün bu xəstəliklərlə yanaşı, ən təhlükəli xəstəlik olan yaddaşsızlıq da yaranır: “Əslində piylənmə ana qarnında başlayır. Hamiləlikdə pis qidalanma nəticəsində qadınlar uşaqlarına daha çox zərər verirlər. Hamiləliyi bəhanə edərək, hər cür qidalanırlar, xüsusilə xəmir xörəkləri, qızartmalar, şirniyyatlar yemək və içkilər içməklə analar uşaqların piylənməsinə şərait yaradırlar. Xüsusilə 0-2 yaş arasında insan bədənindəki yağ hüceyrələrinin sayı təyin olunur. Uşaqlarına xəmir məmulatları, ağ un, qənd, şəkər tozu, qızartma, şirniyyat və qazlı içkilər verən valideynlər pis ana-atadır”.

E. Saraç bildirir ki, sağlam formada çəki azaltmaq üçün gündə 2-3 litr su içmək çox əhəmiyyətlidir. Həftədə ən az 150 dəqiqə nizamlı məşq və ya piyada yerimək lazımdır. Ən əsası, həyatınızdan ağ un və şəkər, qlükoza şəkəri və qızartmaları çıxarın. Yemək vaxtlarını ötürməməyə çalışın. Dərisi çıxarılmış toyuq, balıq kimi ağ ətlər, qırmızı ət, qatıq və yumurta kimi zülallara üstünlük verin. Bibəriyə, darçın, keşniş kimi ədviyyatlar da arıqlamağa kömək edir: “İftar süfrəsindən “quş” kimi qalxmaq lazımdır. Əgər süfrədən yüngül qalxmırsınızsa, demək, orucu səhv tutmusunuz. Oruc bir dənə iri və ya 3 kiçik xurma ilə açılmalıdır. Bitki aləmi və heyvan aləminə ən yaxın qida olan xurma mədənizi rahatlaşdırar. Orucu açdıqdan sonra bir stəkan suya yarım çay qaşığı bal qarışdırıb yavaş-yavaş için. Bu, şəkər tarazlığını təmin edəcək. İlk olaraq 1 kasa təbii, evdə bişirilən şorba için. Sonra yüngül ilıq su içərək, bədəni istirahət etdirin. Namaz qılırsınızsa, bu vaxt axşam namazınızı qılın və ya 8-10 dəqiqə evin içində yavaş-yavaş gəzin. Ana yeməklərdə isə bir gün zülal, bir gün tam taxıllı qidalardan hazırlanmış karbohidratlar, zeytun yağlı yeməklər və bol salat yeyin”.

Mütəxəssis deyir ki, şirniyyat mütləq yeməkdən 2 saat sonra yeyilməlidir. Xəmirli və şərbətli şirniyyatlar yerinə meyvələr və ya südlü-meyvəli yüngül şirniyyatlar yemək olar: “Ramazanda imsaka qalxmaq əhəmiyyətlidir. İmsaka qalxmasanız, bədən əzələ və sümük itirər. İmsakda zülal qəbul etmək əhəmiyyətlidir. Səhər yeməyində çovdar çörəyi, yaşıl mərci, yarma və ya bir qatı yumurta, çörək otulu şor, yaşıl bibər və çovdar çörəyindən ibarət müxtəlif menyulardan faydalana bilərlər. Uzun oruc saatlarında susamanın qarşısını almaq üçün imsakda mütləq xiyar, limonlu su və üzərinə limon sıxılmış təzə nanəli içki qarışımı içə bilərlər”.


İnform.az

Baxış sayı: 58