Mədəniyyət
21.07.2015 / 06:42

Fəxrəddin Manafov yenidən səhnədə

Fəxrəddin Manafov  yenidən səhnədə

Tanınmış aktyor, xalq artisti Fəxrəddin Manafov Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək.

Onun sözlərinə görə, yeni teatr mövsümündə xalq artisti Fəxrəddin Manafov və əməkdar artist Mehriban Zəki Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək. F.Manafov Elçinin "Cəhənnəm sakinləri" əsərində baş rolu oynayacaq. M.Zəki isəErik Şmidtin "Müsyö İbrahim və Quran çiçəyi" əsərində rol alacaq. Hər iki tamaşanın premyerası yeni teatr mövsümündə olacaq.
Yeni mövsümdə Milli Dram Teatrının səhnəsində maraqlı səhnə əsərlərinin tamaşaya qoyulacağını deyən İ.İsrafilov xalq artistləri Fuad Poladov və Fəxrəddin Manafovun eyni tamaşada çıxış edəcəyini bildirib:
Xatırladaq ki, xalq artisti Fəxrəddin Manafov uzun zamandır heç bir teatrda səhnəyə çıxmır.

Aysel TALIBQIZI/Inform.az

Baxış sayı: 433