Hadisə
27.05.2017 / 10:13

Tərtərdə minaatan mərmisi, Füzulidə isə tank əleyhinə raket aşkarlandı

Tərtərdə minaatan mərmisi,
Mayın 26-da Tərtərdə minaatan mərmisi, Füzulidə isə tank əleyhinə idarə olunmayan raket aşkarlanıb.

İnform.az Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə istinadən məlumat verir ki, Tərtər rayonunun Qaradağlı kəndində, suvarma kanalının kənarında 1 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 500 kv.m ərazi yoxlanılıb.

Həmçinin Füzuli rayonunun Əhmədalılar kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 250 kv.m ərazi yoxlanılıb.


İnform.az

Baxış sayı: 67