Hadisə
26.05.2017 / 18:56

Azərbaycanda ailə faciəsi: Yaba ilə keçmiş qəlinini öldürdü- DƏHŞƏTLİ KADRLAR

Azərbaycanda ailə faciəsi:
Sumqayıt Apellyasiya Məhkəməsində Xaçmaz rayon sakini Məliməmməd Adıgözəlovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesi başa çatıb.

İnform.az xəbər verir ki, hadisə yerinə baxış protokoluna əsasən, Rəmziyyə Abdurrahmanovanın meyiti Uzun-oba kəndində, yaşadığı küçədə işıq dirəyinin arxasında, arxın kənarında üzü üstə uzanıqlı vəziyyətdə aşkar edilib. Cinayəti törədən mərhumun keçmiş qayınatası, 1954-cü il təv.

Məlikməmməd Adgözəlova polis əməkdaşlarına hadisəni izah edərək, qadını yaba ilə başından vuraraq öldürdüyünü bildirib. Qana bulaşmış, sapı iki hissəyə bölünmüş dəşici alət maddi sübut kimi götürülüb.

Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin rəyinə əsasən, Rəmziyyə Abdurahmanovanın ölümünə başın küt travması nəticəsində beyin toxumasına qansızma səbəb olub.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Məlikməmməd Adgözəlov ifadəsində Xaçmaz rayonun Uzun-oba kəndində arvadı Nərminə, oğlu Elsevər, gəlinləri Samirə ilə Rəmziyyə və azyaşlı nəvələri ilə birgə yaşadığını göstərib. Elsevərlə Rəmziyə 2001-ci ildə evləniblər, 2009-cu ildə oğlu gəlini evdə başqa kişi ilə yaxın münasibətdə olduğu zaman tutduğu üçün onu boşayıb. Rayon məhkəməsi Rəmziyyəyə, uşaqlarının körpə olması ilə əlaqədar onun evində yaşamaq üçün otaq ayrılmasına qərar verib. Abdurrahmanova öz əxlaqsız hərəkətlərindən əl çəkməyərək, əksinə daha sərbəst şəkildə hər gün kimlərləsə görüşmək üçün evdən çıxıb və gecə saatlarında evə qayıtıb. Dəfələrlə Rəmziyyəni pis yoldan çəkindirməyə çalışıb, onun pozğun həyat tərzi sürməsi artıq bütün kəndə bəlli olub. Oğlu keçmiş arvadının fahişəlik etməsi ilə əlaqədar bir neçə dəfə polis şöbəsinə ərizə ilə müraciət edərək, onun barəsində tədbir görülməsini xahiş edib, lakin bunun nəticəsi olmayıb. İyulun 21-ı saat 8 radələrində mülki mübahisə ilə bağlı Rəmziyyə ilə Elsevər məhkəməyə gediblər, oğlu günorta saat 3-də qayıtsa da, keçmiş gəlini taksi ilə axşam saat 22 radələrində evə gəlib. Rəmziyyə darvazanı bərkdən döyməyə başlayıb, Məlikməmməd Adgözəlov həmin vaxt tövlədə olub. Darvazanı açarkən Abdurrahmanovadan nə üçün onu söydüyünü soruşub, cavab olaraq qadın onu “evində fahişə saxlayan” və sair sözlərlə təhqir edib. Qəzəblənən Adgözəlov yaba ilə bir dəfə Rəmziyyənin baş nahiyəsindən vurduqda, sonuncu arxaya büdrəyərək, dəmir çəpərə söykənib və söyüşlər işlədə-işlədə darvazadan çölə qaçıb. Rəmziyyəni təqib edən Məlikməmməd, küçədə dəşici alətlə arxasından 3 dəfə onun başından zərbələr endirib. Əlindəki yaba iki hissəyə bölünüb, o aləti ataraq, yerə yıxılan qadını iki əli ilə boyun nahiyəsindən tutub və 1-2 dəqiqə ərzində sıxıb. Evə gedən Adgözəlov əynindəki qana bulaşmış paltarlarını çıxarıb, əl-qolunu yuyub yenidən küçəyə çıxıb. O vaxta gədər qonşular sahə müvəkkilinə xəbər veriblər, sonra isə hadisə yerinə polis əməkdaşları gəliblər.

Zərərçəkmiş şəxs Qabil Abdurəhmanov bildirib ki, Rəmziyyəni Elsevərdən, övladlarının saxlanılması üçün aliment tələb etdiyi üçün və məhkəmənin də onun xeyrinə qərar çıxardığı üçün öldürüblər.

Məhkəmə prosesində Məlikməmməd Adgözəlov ittiham üzrə özünü qismən təqsirli hesab edib. Zərərçəkən Qabil Abdurəhmanov məhkəmədən təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini xahiş edib.

Dövlət ittihamçısı Adgözəlova 20 il cəza təyin edilməsini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib.

Sumqayıt Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq qərara gəlib ki hökm dəyişdirilsin. M.Adıgözəlovun əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib və ona 12 il cəza təyin edilib.

Azərbaycanda ailə faciəsi:
Azərbaycanda ailə faciəsi:


İnform.az

Baxış sayı: 71