Dünya
26.05.2017 / 14:55

İngiltərədən İŞİD-ə bombalı MESAJ

İngiltərədən  İŞİD-ə bombalı
İngiltərə Krallıq Hava qüvvələri (RAF), İŞİD-ə qarşı istifadə ediləcək bombaların üzərinə “Mançesterdən sevgilərlə” yazıb.

İnform.az modern.az-a istinadən xəbər verir ki, Mançester Arenada meydana gələn bombalı hücumu İŞİD üzvü Salman Abedinin gerçəkləşdirməsindən sonra, Suriyada xidmətdə olan İngilis hava qüvvələri, terrorçulara qarşı keçiriləcək əməliyyatlarda istifadə üçün “mesajlı” bomba hazırlayıb.

Sosial mediada paylaşılan şəkillərin doğru olduğu İngiltərə tərəfindən təsdiqlənib.

Qeyd edək ki, bənzər addım daha öncə Fransa tərəfindən atılıb. 13 noyabr 2015-ci ildə Parisdə həyata keçirilən hücumların ardından, Fransanın İŞİD-ə qarşı gerçəkləşdirdiyi əməliyyatlarda istifadə edilən bombaların üzərinə “Parisdən sevgilərlə” yazılıb.


İnform.az

Baxış sayı: 68