İqtisadiyyat
26.05.2017 / 12:36

Saxta endirimlərlə mübarizə üçün yeni qanun təklif edilir

Saxta endirimlərlə mübarizə üçün
Mövsümi dəyişikliklərlə bağlı Bakının müxtəlif mağazalarında yüksək faizli endirimlər tətbiq olunur. 50-60 və bəzən də 70-80 faiz civarında endirimlərə belə, rast gəlmək mümkündür.

Amma bu endirimlər nə dərəcə də realdır?

İnform.az xəbər verir ki, İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi İB sədri, iqtisadi elmlər namizədi Azər Sərdarov Modern.az-a bildirib ki, saxta endirimlər istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyə ziddir:

“Saxta endirimlər eyni zamanda qiymətlərin süni artırılması kateqoriyasına aiddir, çünki bu halda süni şəkildə istehlakçıları aldadırlar. Ona görə də bütün mağazalar endirim və ya reklam elan edən zaman endirimin hansı mallara şamil olunduğunu dəqiq göstərməlidirlər. Eyni zamanda, qiymətlərin monitorinqi aparılmalıdır. Məhsulların real qiymətləri müəyyənləşdirilməlidir. İndi mağazalar ən yüksək endirmi elan edirlər, əslində isə bu qanuna ziddir. Çünki qanunvericilik imkan vermir ki, onlar ən yüksək endirimi reklam kimi istifadə etsin. Bu, süni şəkildə istehlakçıları cəlb etmək və onları aldatmaq deməkdir".

A.Sərdarov problemin istehlakçı hüquqlarının qorunması üçün qanunun qəbul edilməli olduğunu deyib:
“Bu qanun çərçivəsində saxta endirimlərlə bağlı mübarizə aparılmalıdır. İqtisadiyyat Nazirliyi xüsusi ilə iri marketlərdə qiymətlərin monitorinqini aparmalıdır, endirimin nə dərəcədə real olduğunu müəyyənləşdirməlidir".
Ekspertin sözlərinə görə satılan məhsulun çek və qayiməsinin üzərində sonuncu qiymət ilə yanaşı əvvəlki qiymətinin əks olunmasına ehtiyac var ki, endirimləri görmək mümkün olsun.


İnform.az

Baxış sayı: 67