Dünya
25.05.2017 / 22:24

Wi-Fi şəbəkəsinin adına görə pilot uçuşdan imtina etdi

Wi-Fi şəbəkəsinin adına görə pilot uçuşdan imtina etdi
Meksikadan Böyük Britaniyaya uçan təyyarənin pilotu sərnişinlərdən birinin “Cihadçının mobili” adlı Wi-Fi şəbəkəsi tapması ilə uçuşu təxirə salıb.

İnform.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, pilot sərnişinin telefonunda həmin şəbəkənin adını gördükdən sonra ekipaj dərhal axtarışa başlayıb. Lakin sərnişinlərdən heç biri şəbəkənin ona aid olduğunu boynuna almayıb. Pilot polis çağırmaq məcburiyyətində qalıb. Lakin şəbəkəni kimin yaratdığını müəyyən etmək mümkün olmayıb.

Bir neçə saat sonra şəbəkə itsə də, pilot uçuşdan imtina edib və uçuş növbəti günə təxirə salınıb.

İnform.az

Baxış sayı: 252