Baş xəbər, Dünya
25.05.2017 / 21:24

Nazirlik işçiləri təxliyə edildi - Bombaya görə

Nazirlik işçiləri təxliyə edildi -
Braziliyada əmək nazirliyinin binası bomba xəbərinə görə boşaldılıb.

İnform.az-ın Trend-ə istinadən məlumatına görə, mülki müdafiə əməkdaşları binanın 9-cu mərtəbəsində bomba yerləşdirilməsi barədə məlumat aldıqdan sonra əməkdaşların dərhal təxliyəsinə başlayıblar.

Qeyd edək ki, Brazilya prezidenti Mişel Temerin əlyehinə ölkədə kütləvi aksiyalar keçirilir. Məlumata görə, maliyyə və kənd təsərrüfatı nazirliyinin binalarında yanğınlar törədilib.

Bir qədər əvvəl prezidentin paytaxtdakı qarşıdurmaya son qoymaq və hökumət binalarını qorumaq məqsədilə ordu cəlb edilməsilə bağlı dekret elan etdiyi xəbəri yayılmışdı.


İnform.az

Baxış sayı: 144