Maqazin
25.05.2017 / 20:24

“Məndən ayrılıb evləndi, yenə uşağı olmadı...” - Mənzurə Musayeva

“Məndən ayrılıb evləndi, yenə uşağı olmadı...” -

“Ailədə çox üzüyola olmuşam. Hər zaman çalışdım ki, ailəm dağılmasın. Lakin dağıldı. Övladım olmadı, ailəmin dağılmasına da səbəb bu oldu”.

İnform.az Ailem.az-a istinadən xəbər verir ki, bunu Space telekanalında Elnarə Xəlilovanın təqdimatında efirə gedən “Xanımlar və cənablar” proqramında müğənni Mənzurə Musayeva deyib. O, həyat yoldaşı ilə boşanmasına qayınanasının da rolu olduğunu etiraf edib: “Qayınana başqa məsələdir. Amma ailəni qorumaq başqa şeydir. İndi övladı olmayanların ailələri dağılmır. Güclü həkimlər var, uşaq sahibi ola bilirlər. Amma o vaxtlar övlad yoxdur deyə ailələr dağılırdı. Qayınanam deyirdi ki, övladı yoxdur, niyə saxlayırsan? Biz ayrıldıq. Ancaq sonra heç həyat yoldaşımın da övladı olmadı. İndi mənimlə barışmaq istəyir. Amma heç nəyin dadı yoxdur. Niyə barışım onunla?”

Müğənni ailədə həmişə güzəştə getdiyini də açıqlayıb. M. Musayeva qazandığı pulu ailə büdcəsinə əlavə etdiyini də gizlətməyib. O, ailənin qorunmasında xanımların rolunun danılmaz olduğunu bildirib: “Sözsüz ki, hər evdə olduğu kimi bizim də evdə söz-söhbətlər olurdu. Söz-söhbətsiz ailə olmaz, lakin baxır nə üstündə. Sadəcə evdə həyat yoldaşına güzəştə getməlisən. İndi qadınlar deyir ki, onu istəyirəm, bunu istəyirəm və sən etməlisən, almalısan. Ancaq bəlkə kişinin buna gücü çatmır? Qadınlar kişiləri məcbur edirlər. Xanımlar nə var ona qane olsalar, heç bir ailə dağılmaz. Mən nə var onu geyinmişəm, nə var onu yemişəm. Həyatda heç nəyin arxasınca qaçmamışam. Qismətimə nə düşüb o olub. Evə günə 200 man pul gətirirdim. O vaxt xınayaxdılar, toylar yaxşı olurdu. Qaynım arvadları deyirdilər ki, pulunu gizlət, evə vermə. Amma mən qazandığım pulu gətirib stolun üstünə qoyurdum. Özümə xərcləmirdim ki, həyat yoldaşım deyər qazanıb özünə xərclədi. Pulu stolun üstünə qoyurdum ki, bəlkə başqa nəsə edəcək. Ola bilər pis xanımam, belə olmuşam. Amma indi xanımların başqa missiyası var, başqa həyat istəyirlər”.


İnform.az

Baxış sayı: 99