Diaspora Akademiyası, Elm-təhsil
25.05.2017 / 18:29

Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq

Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq
Şimali Kipr məktəblərində “Azərbaycan tarixi” fənninin tədrisi üçün hazırlıqlara başlanılıb.

Bu barədə İnform.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC)sədri Orxan Həsənoğlu, sədr müavinləri Bəxtiyar Məmmədov və Anar HəsənovunŞimali Kiprin mədəniyyət və təhsil məsələlərinə cavabdeh olan Özdəmir Berova ilə görüşündə bununla bağlı müzakirələr aparılıb.
Görüş zamanı AKDC sədri Orxan Həsənoğlu Azərbaycanda keçirilən Bakı-2017 İslam Həmrəyliyi Oyunları və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Demorkratik Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsrolunmuş sərəncam barədə Ö.Berova ətraflı məlumat verib. Daha sonra rəhbəri olduğu təşkilatın fəaliyyəti barədə danışan O.Həsənoğlu bildirib ki, AKDC-ninAzərbaycanın təbliği ilə bağlı planlarını reallaşdırmaq üçünŞimali Kiprin dəstəyinə ehtiyac var. AKDC sədri Şimali Kipr xalqı ilə Azərbaycan xalqının eyni milli-mənəvi və ortaq dəyərləri bölüşdüyünü vurğulayaraq bu iki xalqın bir-birinin tarixini yaxşı bilməli olduğunu dilə gətirib. Qeyd edib ki, xüsusilə gənc nəsilə təhsil vasitəsilə ortaq dəyərlərimiz və bizi birləşdirən mənəvi bağları anlatmaq imkanlarımız var. Diaspor rəhbəri Ö.BerovadanŞimali Kipr məktəblərində bir günlük Azərbaycan tarixi dərsi keçilməsi üçün şərait yaradılmasını xahiş edib.
Ö.Berova isə öz növbəsindəAKDC-nin fəaliyyətindən məmnunluğunu ifadə edib. O bildirib ki, Şımalı Kiprdə çox sayda azərbaycanlının təhsil alması və yaşaması sevindiricidir: “Biz iki qardaş xalqıq, ortaq milli dəyərlərimiz və ortaq tariximizin olması reallıqdır. Biz dəsizin bu məqsədyönlü təklifinizi müsbət qarşılayırıq. AKDC yeni ideyalarla və öz işi ilə daim Şimali Kiprdə seçilib. Biz dəŞimali Kipr olaraq sizin bu addımlarınızı daim dəstəkləmişik. Bu ideyanızıda dəstəkləyir və uğurlar arzulayırıq”.
Görüşdə ölkə məktəblərində Azərbaycan tarixi dərsinin keçilməsi və dərsliklərə Azərbaycanla bağlı mövzunun daxil edilməsi məsələsinin yaxın vaxtlarda həllini tapacağı bildirilib. Sonda Özdəmir Berova Şimali Kiprdəki Azərbaycan diasporuna göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıq olunub.


İnform.az

Baxış sayı: 302