Maqazin
25.05.2017 / 17:54

Məşhur müğənni altı gündə iki ərini itirdi- Fotolar

Məşhur müğənni altı  gündə iki ərini itirdi-

Tanınmış müğənni-bəstəkar Nazan Öncelin həyat yoldaşı Akşit Toqay dünyasını dəyişib.

İnform.az axşam.az-A istinadən xəbər verir ki, Toqay ürək tutmasından ölüb. Dərhal təcili tibbi yardım çağırılsa da sənətçinin ərinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Nazan Öncel 5 gün əvvəl də Keçmiş həyat yoldaşı – 12 illik evli olduğu, oğlunun atası Salih Önceli itirib.

Xatırladaq ki, Nazanın Akşitlə evliliyi qalmaqala səbəb olmuşdu. Belə ki, Öncel Toqayın baldızı olub. Akşit Nazanın bacısı Pınar Güveneldən boşandıqdan sonra onunla evlənib. Lakin cütlük bunun kağız üzərində olduğunu və öz həyatlarını yaşadıqlarını bildirmişdi. Akşit açıqlamasında Nazanla evlənməsinə belə aydınlıq gətirmişdi:

“Həyat yoldaşımdan boşandıqdan 11 il sonra uşaqlara görə və ortaq qazancımızı saxlamaq üçün kağız üzərində nikaha girdik, hər birimizin öz həyatı var”.

Məşhur müğənni altı  gündə iki ərini itirdi-


Məşhur müğənni altı  gündə iki ərini itirdi-


İnform.az

Baxış sayı: 642