Baş xəbər, Dünya
25.05.2017 / 14:19

Bu gün Brüsseldə NATO-nun sammiti başlayır

Bu gün Brüsseldə NATO-nun sammiti başlayır
Bu gün Brüsseldə NATO-nun sammiti başlayır.

İnform.az "Report"a istinadən xəbər verir ki, zirvə görüşünə Alyansa üzv olan 28 ölkənin dövlət və hökumət başçıları qatılacaq.
Toplantı təşkilatın yeni mənzil-qərargahında keçiriləcək.
Sammit NATO-nun yeni mənzil-qərargahının açılış mərasimi ilə başlayacaq və axşam işgüzar şam yeməyi ilə başa çatacaq.
NATO sammitinin gündəmində olan əsas məsələlər beynəlxalq terrorizmə qarşı mübarizə, ittifaq üzrə müttəfiqlər arasında maliyyə yükünün ədalətli bölgüsü və müdafiə xərclərinin artırılmasıdır.
NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, sammitdə Alyansın İŞİD terror qruplaşmasına qarşı mübarizə üzrə beynəlxalq koalisiyaya qatılıb-qatılmaması, Rusiya ilə münasibətlər müzakirə olunacaq.


İnform.az

Baxış sayı: 69