Baş xəbər, İqtisadiyyat
25.05.2017 / 10:36

Baş nazir bu göllərin sərhədləri haqda qərar verdi

Baş nazir bu göllərin sərhədləri haqda
Baş nazir Artur Rasizadə Zığ və Böyükşor göllərinin sərhədlərinin müəyyən edilməsi haqda qərar imzalayıb.

İnform.az Report-a istinadən xəbər verir ki, qərara görə, Zığ gölünün 106,49 hektarlıq sahəsi olan akvatoriyası və onun 184,58 hektarlıq sahəsi olan mühafizə zonası, Böyükşor gölünün isə 1159,39 hektarlıq sahəsi olan akvatoriyası və onun 467,85 hektarlıq sahəsi olan mühafizə zonasının sərhədləri təsdiq edilib.


İnform.az

Baxış sayı: 67