Siyasət
21.07.2015 / 01:49

Xarici İşlər Nazirliyi terror aktını pisləyir

Xarici İşlər Nazirliyi terror aktını pisləyir

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Şanlıurfa vilayətində baş verən terror aktını pisləyir.

İnform.az bu barədə, "Report"a istinadən xəbər verir.

"Biz, Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq".

Baxış sayı: 401