Dünya
24.05.2017 / 20:26

Aralıq dənizində miqrant faciəsi: 31 ölü

Aralıq dənizində miqrant faciəsi:
Aralıq dənizində Liviyadan İtaliyaya miqrantları daşıyan gəmi qəzaya uğrayıb.

İnform.az-ın modern.az-a istinadən məlumatına görə, hadisə nəticəsində azı 31 miqrant həlak olub.
Qəza Liviya sahillərindən 30 dəniz mili məsafədə baş verib.

Hazırda bölgədə İtaliya sahil-mühafizə xidməti tərəfindən axtarış işlərı aparılır. İlkin məlumatlara görə, gəmidə 500-ə yaxın miqrant olub.

Qeyd edək ki, bu əməliyyatla yanaşı hazırda Aralıq dənizində ümumilikdə 1700 miqrantın xilas olunması istiqamətində 15 digər əməliyyat da aparılır.


İnform.az

Baxış sayı: 80