Dünya
24.05.2017 / 17:34

Mançester terrorçusunun görüntüsü yayıldı

Mançester terrorçusunun görüntüsü yayıldı
Böyük Britaniyada polis Mançesterdə konsertdə terror aktı törətməkdə şübhəli bilinən Salman Abedinin fotosunu dərc edib.

Bu barədə İnform.az "Report"a istinadən xəbər verir.
Xatırladaq ki, konsertdə partlayış üzrə istintaq çərçivəsində dörd nəfər həbs edilib. Həbs olunanlardan biri terrorçu-kamikadze olduğu iddia edilən Salman Abedinin qardaşıdır.
Qeyd edək ki, mayın 22-də axşam "Mançester Arena"da amerikalı pop müğənni Ariana Qrandenin konsert proqramı zamanı partlayış baş verib. İnsident zamanı 22 nəfər həlak olub, 59 nəfər yaralanıb. Terror hücumuna görə məsuliyyəti üzərinə İŞİD terror qruplaşması götürüb.


İnform.az

Baxış sayı: 75