İqtisadiyyat
24.05.2017 / 11:56

Rusiya aviaşirkəti Bakıya uçuşlara başlayır

Rusiya aviaşirkəti
Rusiyanın "İrAero" aviaşirkəti cari ilin iyun ayında İrkutsk və Krasnoyarsk şəhərlərindən Bakıya yeni beynəlxalq aviareys açacaq.

İnform.az-ın Trend-ə istinadən məlumatına görə, İrkutsk-Krasnoyarsk-Bakı marşrutu üzrə ilk reys iyunun 4-də həyata keçiriləcək.

Sonra uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri icra ediləcək.

İnform.az

Baxış sayı: 78