Maqazin
24.05.2017 / 09:30

Əli nəyi etiraf etdi?- VİDEO

Əli nəyi etiraf etdi?-

“Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişində yer alan azərbaycanlı model Əli Əkbər maraqlı açıqlamalar verib.

İnform.az
axşam.az-ın məlumatına istinadən bildirir ki, model ona talib çıxan Qamze adlı qıza “Yox” deyib.

Əli hələ də ilk sevgisini unutmadığını etiraf edib:

“Deyirlər ki, ilk sevgi heç vaxt unudulmur. Bu, həqiqətdir. Onu xatırladacaq nəsə var. Amma mən yenidən ilk eşqim kimi sevmək istəyirəm. Yenidən aşiq olmaq istəyirəm. Bəzən “Kaş ki…” deyirəm. Amma artıq həyatımda “Kaş ki...”lərin olmasını istəmirəm”.

Əkbərin bu sözlərindən sonra iştirakçılar onun Naz haqda danışdığını düşünüb.



İnform.az

Baxış sayı: 837