Maqazin
23.05.2017 / 22:35

MÜĞƏNNİLƏRİN YENİ TOY QİYMƏTLƏRİ – SİYAHI

MÜĞƏNNİLƏRİN YENİ TOY QİYMƏTLƏRİ –

"Elimizin toy kimi bir adəti var" deyimini yəqin ki, çoxları eşidib.

Günümüzdə toyların bəzi adət-ənənələrində edilən dəyişikliklər nəzərə çarpacaq qədərdir. Buraya "Vağzalı"havasının əvəzinə "Mendelson marşı"nın səslənməsi, axşam 21:00-dan sonra diskotekanın təşkil olunması ( toyun yaşlı nəsil tərəfindən bəyənilmədiyi hissə), milli yeməklərin Avropa təamları ilə əvəz olunması və sair daxildir. Avropalaşan toylarımızda dəyişməyən əsas və başlıca nüans bu xoş gündə müğənninin iştirak etməsidir. İndi isə keçək toylarımızda ən çox tələb olunan sənətçilərimizə. Bəzən şadlıq saraylarında toy edən zaman məkan sahibi tərəfindən bir neçə müğənni səbəbkarlara "hədiyyə" olunur. Lakin təqdim olunan siyahını bəyənməyən toy sahiblərinin kənardan da müğənni dəvət etmək imkanları olur. Fantastik hətta dolların gündəlik kursuna görə qiymət artıran sənətçilərimizi xoş günlərində görmək istəyənlər yetəri qədərdir. 800 manatdan başlayan qiymətlərlə geniş "çeşid" arasında seçim etmək o qədər də çətin deyil.

İnform.az primetime.az-a istinadən tələbatlı müğənnilərin toy qiymətini oxucuları üçün yayımlayır:
Yarım saat üçün müğənnilərə ödənilən məbləğ:
Aygün Kazımova 4500 - 5000 manat
Röya 6000 - 7000 manat
Brilliant Dadaşova 6000 manat
Zülfiyyə Xanbabayeva 4500 - 5000 manat
Miri Yusif 4000 - 5000 manat
Tünzalə Ağayeva 4000 manat
Xumar Qədimova 4000 - 5000 manat
Zamiq 3500 - 4000 manat
Elton Hüseynəliyev 3500 - 4000 manat
Nigar Camal 3500 - 4000 manat
Günay İbrahimli 3500 manat
Natavan Həbibi 3500 manat
Samir Cavadzadə 3500 manat
Eyyub Yaqubov 3500 manat
Xatirə İslam 3500 manat
Sevda Yahyayeva 3000 - 3500 manat
Sevil-Sevinc Səfərovalar 3000 manat
Ədalət Şükürov 2500 manat
Gülay 2000-2500 manat
İlqar Muradov 2000 manat
Samir Piriyev 2000 manat
Aysel Əlizadə 1500-2000 manat
Damla 1000 manat
Çinarə Məlikzadə 800 manat
Bütöv toyu idarə etmək üçün sənətçilərə ödənilən məbləğ:
Nuri Sərinləndirici 16000 manat
Abbas Bağırov 16000 manat
Faiq Ağayev 15000 manat
Brilliant Dadaşova 15000 manat
Tünzalə Ağayeva 15000 manat
Elton Hüseynəliyev 11000 manat
Zamiq 10000 manat
Nadir Qafarzadə 10000 manat
Xatirə İslam 9000 - 10000 manat
Samir Piriyev 9000 manat
Ayaz Qasımov 7000 manat
Xatun 5000 - 7000 manat arası
Şeron (Ülvi) 4000-4500 manat
Emil Bədəlov 3000 manat

Onu da xatırladaq ki, siyahıda adı çəkilən ifaçıların əksəriyyəti, o cümlədən Röya Ayxan, Tünzalə Ağayeva, Nura Suri, Zamiq Hüseynov və başqaları vergi ödəyicisidir.


İnform.az

Baxış sayı: 112