Dünya
23.05.2017 / 20:52

9 minə yaxın “Jeep” geri çağırıldı - SƏBƏB

9 minə yaxın “Jeep” geri çağırıldı -
"FCA RUS" şirkəti Rusiyada 9 minə yaxın "Jeep" avtomobilini geri çağırıb.

İnform.az-ın Trend-ə istinadən məlumatına görə, bu qərar ötürücülər qutusunda elektron selektorunda qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2014-2016-cı illərdə Rusiyada satılmış "Grand Cherokee" modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.


İnform.az

Baxış sayı: 87