Baş xəbər, Dünya
23.05.2017 / 17:03

Moskvada sürücüsüz avtobuslar istifadəyə veriləcək

Moskvada sürücüsüz avtobuslar istifadəyə veriləcək
Rusiyada sürücüsüz (pilotsuz) avtobuslar bu ilin sonuna qədər istifadəyə veriləcək.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Matryoşka” adı verilən avtobuslar 20 sərnişin üçün nəzərdə tutulub.

“Volqabas” şirkətinin hazırladığı avtobuslar süni intellektə malikdir və elektrik mühərriki ilə hərəkət edir. Mühərriikin şarjı saatda 30 kilometr sürətlə 130 kilometr məsafəyə qədər hərəkət etməyə imkan verir.

“Matryoşka”nın yaradıcları insan faktorunun yoxluğunda daha az qəzanın ola biləcəyini və texniki nasazlıq olarsa, süni intellektin bununla bağlı dərhal öz sahiblərinə məlumat ötürəcəyini bildirirlər. Hazırda avtobusların sınaq yoxlamaları keçirilir.


İnform.az

Baxış sayı: 78