Diaspora Akademiyası, Baş xəbər
23.05.2017 / 15:39

Rusiya Dövlət Sosial Universiteti ÜAK-la bağlı bəyanat yaydı

Rusiya Dövlət Sosial Universiteti ÜAK-la bağlı bəyanat  yaydı
Rusiya Dövlət Sosial Universiteti Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə ünvanlanmış müraciət yayıb.

Bu barədə İnform.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.
Bəyanatda bildirilir ki, Rusiya Dövlət Sosial Universiteti 10 ildən artıqdır Ümumrusiya Azərbaycan Konqresi ilə əməkdaşlıq edir. Bu illər ərzində sıx dostluq və işgüzar münasibətlərin inkişafı, mədəni, elmi və mənəvi əlaqələrin qurulması istiqamətində ÜAK-la birgə xeyli işlər görülüb.
Bəyanatda həmçinin vurğulanır ki, ictimai təşkilat olan ÜAK-ın yaradılması Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin adı ilə bağlıdır, 2004-cü ildə ÜAK-ın II Qurultayında Rusiya Federasiyasinin Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
“ÜAK-ın qeydiyyatı, təşkilatın gələcək taleyi ilə əlaqədar öz narahatlığımızı ifadə edirik. Belə təşkilatların fəaliyyəti Rusiya və Azərbaycan xalqı arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi, habelə Azərbaycan diasporunun Rusiyanın ictimai həyatında layiqli iştirakı üçün zəruridir”-deyə bəyanatda bildirilir.



İnform.az

Baxış sayı: 334