İqtisadiyyat
23.05.2017 / 14:39

Azərbaycanın 6,9 milyard dollar xarici dövlət borcu var

Azərbaycanın 6,9 milyard dollar xarici dövlət borcu var
2017-ci il 1 yanvar tarixinə beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 11,1 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği (borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən) 6,9 milyard ABŞ dolları olub.

İnform.az-ın modern.az-a istinadən məlumatına görə, bu “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.
İmazlanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 20,4 faizini təşkil edib.
İmzalanmış müqavilələrə uyğun olaraq xarici dövlət borcunun 56,2 faizinin 10 ilədək olan müddətdə, 40,1 faizinin 10 ildən 20 ilədək olan müddətdə, 3,7 faizinin isə 20 ildən yuxarı olan müddətlərdə qaytarılması nəzərdə tutulur.



İnform.az

Baxış sayı: 53