Sosial
17.06.2015 / 20:31

Bulvara yeni qatarlar gətirilib

Bulvara yeni qatarlar gətirilib

Dənizkənarı Milli Park ərazisinə yeni qatarlar gətirilib. İnform.az-ın məlumatına görə, gətirilən yeni gəzinti qatarları artıq sakinlərin istifadəsinə verilib. 14 dayanacağı olan qatarlara 80 sərnişin minərək rahat şəkildə Milli Park ərazisini gəzə bilər.

Sərnişinlərin rahatlığı üçün vaqonların hər birində soyutma və isitmə sistemi var. Qiyməti isə əvvəlki qatarlarda olduğu kimi 2 manatdır. 6 yaşa qədər uşaqlar üçün isə pulsuzdur.

Baxış sayı: 628