Baş xəbər, Hadisə
23.05.2017 / 10:37

Şirvan Milli Parkında YANĞIN

Şirvan Milli Parkında
Mayın 22-də Şirvan Milli Parkının Neftçala rayonunun Müşfiqabad qəsəbəsi ilə sərhəddində yanğın hadisəsi baş verib.

İnform.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ərazidə əsən güclü külək nəticəsində yanğın qısa müddət ərzində Şirvan Milli Parkının ərazisinə keçib.
Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub və qısa müddət ərzində yanğın tam lokallaşdırılaraq söndürülüb.
Yanğın nəticəsində Milli Parkın təxminən 3 hektar ərazisində quru ot örtüyünə ziyan dəyib.
Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.


İnform.az

Baxış sayı: 271