Baş xəbər, Dünya
23.05.2017 / 10:16

İngiltərədə dəhşətli terror - 19 ölü, 50 yaralı...

İngiltərədə dəhşətli terror -
Ötən gecə İngiltərənin Mançester şəhərində, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış törədilib.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış nəticəsində 19 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.
Böyük Britaniyanın baş naziri Tereza Mey Mançesterdə baş verən hadisəni dəhşətli terror aktı adlandırıb.

Reuters agentliyinin məlumatına görə, baş nazir partlayış nəticəsində ölənlərin ailələrinə başsağlığı verib. Bildirib ki, hazırda polis hadisənin təfərrüatlarını araşdırır.



İnform.az

Baxış sayı: 123